“Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil…”

6

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov tanınmış bloqer Fuad Abbasovun şəxsi Youtube kanalına müsahibə verib. 

Adətən xeyriyyəçi addımları və layihələri ilə gündəmə gələn "Palmali" Şirkətlər Qrupunun prezidenti qardaş ölkədə yaşasada ölkəmizin ictimai siyası həyatında baş verən ciddi hadisələrə biganə qalmır. Elə bloqer Abbasovun kanalına verdiyi müsahibədə də Mənsimov bir sıra maraqlı fikirləri ilə yadda qalıb. 

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə  müzakirələrdən söz düşərkən Mübariz Mənsimov ölkə başçısı İlham Əliyevlə fəxr etdiyini dilə gətirib. Sitat – Mən bir azərbaycanlı olaraq həmin paneli izləyərkən qürur hissi keçirdim. İlham Əliyev Paşinyanı tamamilə küncə sıxışdırdı və səlis ingilis dili, tutarlı tarixi faktlar və ən əsas siyası biliyi və manevri ilə prezidentimiz Ermənistan baş nazirini çaşdırıb “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır” ifadəsini  deməsinə qədər məcbur etdi. Bu gün ermənilərin özü belə hələ də həmin görüşü müxtəlif dairələrdə müzakirə edib məğlub olduqlarını etiraf edirlər.

Həmin görüş bir daha onu göstərdi ki, İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin oğludur və sıradan bir ailədə yox, dahi bir siyasətçinin ailəsində böyüyüb. Həmin gün mənim atamın ad günü idi və biz bütün qonaqlarla televizorun qabağında bu müzakirəni izləyib böyük fəxr hissi keçirdərək gözəl bir təəssürat aldıq. Qeyd edim ki, debatı məşhur "Evronews" kanalı ilə yanaşı Türkiyənin demək olar əksər telekanalları öz xəbər lentinə daşıdı”.

Mənsimov daha sonra Azərbaycandakı islahatlara da yer ayıraraq ölkə prezidentinin bu islahatları uğurla başa çatdıraraq ətrafında olan bəzi yarıtmaz məmurları da təmizləyəcəyinə inandığını bildirib. 

Fuad Abbasovun müsahibinə sualları arasında son vaxtlar Mənsimova Türkiyədə “ FETO işi” ilə bağlı açılan cinayət işi də olub. İş adamı maraqlıdır ki, adıçəkilən cinayət işinin sifarişinin Azərbaycandan olduğunu dilə gətirib. Sitat: İnanın çox üzülərək deyirəm ki, sifariş Azərbaycandan gəlib. Amma bu adamlar kiminlə mübarizə apardıqlarını həmişə olduğu kimi unudurlar. Bizim keçmişimiz həmişə qeyd etdiyim kimi təmiz və şəffafdır. Anonim məktublar, yalançı şahidlərə Türkiyə kimi hüququn qorunduğu və kutsal baxıldığı ölkədə kimsə inanmır. Mən də Türkiyədə yeni bir ad və sima deyiləm. Palmali adı Türkiyədə tanınır və sevilir. Adını belə çəkmək istəmədiyim Fətullah Gülənin isə məhz sifariş verənlərlə hansı əlaqələri olduğunu gözəl bilirəm. Burada da xüsusi vurğulayıram ki, əlimdə bu barədə çox ciddi və təkzibolunmaz  faktlar var. Üstəlik, yeni yeni faktları da əlimə keçir. Onlar bundan qorxmalı, mən deyil.” \\Nuh.az