Əlillərlə bağlı müzakirələrdə ciddi İTTİHAM səsləndi: “Bu, 5 qat cinayətdir!”

    3

    “Son beş ildə Azərbaycanda əlillərin sayı 100 min nəfər artıb. Bakı üzrə isə əlillərin sayı 20 min artıb”.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu depuat Rauf Əliyev Milli Məclisin Əmək və social siyasət komitəsinin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında “qanun layihəsinin müzakirəsi zamanı deyib.

    Deputat bildirib ki, əgər bu şəxslər həqiqətən əlildirsə, onlar əlillik sənədi almalıdır.

    “Biz buna nail olmalıyıq. Yeni əmək və əhalinin sosial müdafiəsi naziri də çıxışında əlilliklə bağlı sənədlərin verilməsində ciddi problemlərin olduğunu dilə gətirib. O bu sahədə şəffaflığın təmin olunmasının vacibliyini qeyd edib. Bu qlobal problemlə çevrilib və hansısa formada həllini tapmalıdır. Təklif edirəm ki, bununla bağlı nazirliyə bir müraciət ünvanlayaq. Məktubda nazirliklə birgə işçi qrup yaradılaraq, monitorinq aparılsın”- deyə, R.Əliyev bildirib.

    Komitə sədri Hadı Rəcəbli isə deyib ki, “biz zamanında pensiya islahatları aparan zaman bir sıra problemlərlə üzləşdik”:

    “Ölkədə 1.3 milyon pensiyaçı var və onların 320 mini 2 və 3-cü əlillərdir ki, vaxtından əvvəl pensiyaya çıxıblar. Odur ki, yeni qaydalar tətbiq olunduqdan sonra 2-ci və 3-cü qrup əlillərin vaxtından əvvəl pensiaya çıxması dayandırıldıqda pensiyaçıların sayı kəskin azalacaq”.

    Komitə üzvü İlham Məmmədov təklif edib ki, adıçəkilən problemi həll etmək üçün ümumi bir komissiya, İşçi qrupu yaradılsın və mövcud olan qanunvercilik nəzərdən keçirilsin.

    “Yəni, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı kriteriyalar da nəzərdən keçirilsin, təkmilləşdirilsin. Bu məsələdə də köhnə stereotiplərdən uzaqlaşmalıyıq. Yeni nazir təyin olunub. Əvvəllər parlamentdə də çalışıb, gənc, perspektivli kadrdır. Onunla, nazirliklə komitəmiz bu məsələdə də əl-ələ verib, problemin çözümünə çalışmalıyıq”.

    Deputat Musa Quliyev deyib ki, dünyada əhalinin 12-15 faizi əlildir.

    “Azərbaycanda isə bu rəqəm 6 faizi keçmir. Amma yenə də hamı deyir ki, ölkənin yarısı əlildir, hamıya əlillik dərəcəsi verilir”.

    Deputat qeyd edib ki, əlil olmayan şəxsə əlillik dərəcəsi vermək bir cinayətdirsə, əlil olanlara əlilliyə görə pensiyanın təyin edilməməsi 5 qat cinayətdir.

    “Mən tərəfdarıyam ki, payız sessiyasında bu məsələni parlamentin gündəliyinə salaq və aidiayyatı nazirliklərlə birgə bu məsələləri köklü şəkildə həll edək. Müəyyən edək ki, ildə nə qədər adam əlilliyə çıxmalıdır? Tibbi-sosial ekspert komissiyalarında da çalışan həkimlərin ixtisaslarına baxılmalıdır. Onların çoxu ixtisasartırmadan keçmir. Məni narahat edən əsas şəxslər əlillik vəziyyətində olub, amma əlillik dərəcəsi ala bilməyənlərdir. Hesab edirəm ki, Azərbaycanda əlillik elmi, metodoloji əsaslarını müəyyən etməliyik və bu məsələyə son qoymalıyıq”.

    M.Quliyev eyni zamanda əlillik dərəcəsinin elektron qaydada baxılmasının əleyhinə çıxaraq bunun əyani şəkildə həkimin iştirakı ilə müəyəyn edilməsini təklif edib.

    Azərbaycanda sertifikasiyadan azad olunacaq dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin kateqoriyası müəyyənləşib. Bununla bağlı Əmək Məcəlləsinə yeni 67-2 –ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur. Yeni maddəyə görə, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertfikasiyaya cəlb edilirlər. Hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçrilmir. İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertfikasiyadan keçmiş şəxslər sertfikasiyadan keçirilmirlər. Sertfikasiyadan “Təhsil haqqında” qanununa uyğun olaraq təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış Əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “C” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.