Liberiyanın paytaxtı Monroviya yaxınlığındakı Peynsvilla rayonunda məktəblərdən birində baş verən yanğın nəticəsində iki müəllim və azı 26 şagird ölüb.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, ölənlərin sayının artacağı istisna olunmur.
Hadisənin səbəbi hələlik məlum deyil.
Liberiya prezidenti Corc Vea “Twitter” səhifəsində ölənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.