Levandovski yenə birinci oldu

252

Polşa millisinin və “Bavariya”nın hücumçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı futbolçusu seçilib. 32 yaşlı forvard “FourFourTwo” nəşrinin keçirdiyi sorğuda birinci olub. 101 jurnalistin qatıldığı səsvermədə Levandovski hamını qabaqlayıb.

Qeyd edək ki, Levandovski Çempionlar Liqası, Bundesliqa və Almaniya kubokunda mövsümün bombardiri olub. 2020-ci ildə “Bavariya” ilə Almaniya çempionu, kubok və Superkubokun qalibi olan hücumçu Çempionlar Liqası və UEFA Superkubokunu da başı üzərinə qaldırıb.