Levandovski ilin, Ronaldo əsrin ən yaxşı futbolçusu seçildi

252

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Globe Soccer Awards” mükafatlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Polşa yığmasının və “Bavariya”nın hücumçusu Robert Levandovski 2020-ci ilin futbolçusu, Münhen təmsilçisinin çalışdırıcısı Hansi Flik isə ilin məşqçisi elan olunub. “Bavariya” da ilin klubu seçilib.

“Globe Soccer Awards” əsrin ən yaxşılarını da elan edib. “Yuventus”un hücumçusu Kristiano Ronaldo 21-ci əsrin ən yaxşı futbolçusu elan olunub. Hazırda İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Pep Qvardiola əsrin məşqçisi, İspaniya “Real”ı əsrin klubu, Jorje Mendeş əsrin futbol agenti seçilib. İker Kasilyas və Jerar Pike isə uğurlu karyera mükafatına layiq görülüb.