Ələt körpüsündə dəhşətli qəza – “Kamaz”la 2 nəfəri vurub öldürdü – VİDEO

    30

    Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb.

    Hurriyyet.org avtosfer.az-a istinadla xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.

    "Mercedes" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edir.

    Görünür ki, dovşan almaq istəyir. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onun avtomobilinin üstündən keçir.

    Qəza nəticəsində 2 nəfər həyatını itirir. "Kamaz" sürücüsü isə fikirli olduğunu və avtomobili gec gördüyünü bildirib.