Ələt-Astara yolunda AĞIR QƏZA – Sürücünü maşından çıxara bilmirlər – VİDEO

    21

    Dəqiqələr öncə Ələt-Astara magistralının şəhərə doğru istiqamətində, Yeni Yasamal ərazisindəki dairəvi yolda ağır qəza baş verib.

    Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, idarəetməni itirən sürücü avtomobilini yol kənarındakı dəmir konstruksiyaya çırpıb.

    Kadrlardan da aydın görünür ki, ətrafdakı insanlar maşının içərisində köməksiz vəziyyətdə qalan sürücünü çıxarmaqda çətinlik çəkirlər.

    Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

    Qəza yerindən həmin kadrları təqdim edirik: