Lerikdə meşədən meyit tapıldı

    9

    Lerikdə meşədən meyit tapılıb.

    Hurriyyet.org bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 29-da Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyiti Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

    M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Araşdırma aparılır.