Lənkəranskinin adamlarını Azərbaycan futbolçusu güllələyibmiş… – VİDEO

    12

    Xəbər verdiyimiz kimi, martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində yerləşən "Ağdam” restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan killerlər saxlanılıb.

    Hurriyyet.org xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, onlardan biri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovdur.

    Kriminal aləmdə "Malış Dnepr” ləqəbi ilə tanınan Yusifov Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçarkən saxlanılıb.