Lənkəranda 35 yaşlı qadın itkin düşdü

    24

    Lənkəran rayonunda 35 yaşlı qadın itkin düşüb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə yanvarın 18-də rayonun Xarxan kəndi ərazisində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1985-cü il təvəllüdlü Gümayə Məmmədova yaşadığı evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

    Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

    Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.