Ölən qızını təhqir edən qohumunu iki yumruqla öldürdü – MƏHKƏMƏ

    12

    Xalasının ərinin ölümündə təqsirləndirilən Vüqar Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə baxışı iyulun 4-də davam edəcək.

    Qeyd edək ki, hadisə bu il Abşeron rayon Saray qəsəbəsində baş verib.

    Belə ki, Vüqar Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib.

    Onun yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib.

    Bu zaman Muğam Şakirov Vüqar Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

    Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub.

    Yumruq zərbələrindən Muğam Şakirov yerə yıxılıb.

    Aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onu həyatını xilas etmək mümkün olmayıb.

    Vüqar Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham verilib.