Lavrovun sülhməramlı göndərmək təklifi havada qalıb Peskov: “Yalnız hər iki tərəfin razılığından sonra mümkündür

66

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib: “Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən sülhməramlıların yerləşdirilməsi yalnız qarşı-qarşıya durmuş hər iki tərəfin razılığı ilə mümkündür”.

Jurnalistlər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişə zonasında sülhməramlı kontingentin yerləşdirilməsinin zəruriliyi barəsində  sözlərini Peskova xatırladaraq, ondan Rusiyanın oraya sülhməramlıları göndərməyə hazır olub-olmadığını soruşublar.

Peskov deyib: “Burada birinci dərəcəli məsələ qarşı tərəflərin buna necə yanaşmasıdır. Yəni məhz Azərbaycan ilə Ermənistanın. İstənilən sülhmərmlıların, müşahidəçilərin və digərlərinin istənilən yerləşdirilməsi yalnız hər iki tərəfin razılığından sonra mümkündür”.

Peskovdan həqiqətənmi sülhməramlıların regiona yerləşdirlməsinin mümkünlüyü sualının cavabının hələ olmadığını soruşduqda deyib: “Hələlik, nə siz, nə də biz cavab eşitməmişik”.