Lavrovdan Yerevana sətiraltı MESAJ: “Danışıqları uzatmaq olmaz”

96

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Moskvada həmkarı Sergey Lavrovla görüşüb.

Danışıqlardan sonra birgə mətbuat konfransı keçirən nazirlər danışıqlar prosesinə toxunublar.

“Dağlıq Qarabağda münaqişə iştirakçıları tərəfindən siyasi dialoqu uzatmaq olmaz”-deyə Lavrov açıqlama verib. Bununla o, rəsmi Yerevanın danışıqlar prosesini ləngitmək cəhdinə cavab verib.

Zoqrab Mnatsakanyan isə növbəti dəfə rəısmi Bakının ünvanına qərəzli ittihamlar səsləndirərək Ermənistan tərəfinin qeyri-konstuktiv yanaşmasını növbəti dəfə ortaya qoydu.

modern.az