Lavrov Suriyaya getdi

45

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyaya səfərə gedib.

Modern.az-ın məlumata görə, Rusiya XİN başçısının təyyarəsi Dəməşqin hava limanına enib.

S. Lavrovun Suriya Prezidenti Bəşər Əsəd tərəfindən qəbul olunacağı gözlənilir.

Bundan başqa, Rusiya XİN başçısının suriyalı həmkarı Valid Muallemlə görüşü də planlaşdırılır.

Qeyd edək ki, bu, 2012-ci ilin fevralından sonra Sergey Lavrovun Suriyaya ilk səfəridir. Bir müddət əvvəl isə Suriya KİV-i Rusiyanın baş nazirinin müavini Yuri Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin də Suriyada səfərdə olduğunu yazıb.