Lavrov: “Rusiya Dağlıq Qarabağda Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıqda maraqlıdır”

195

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Qırmızı Xaç Komitəsinin Prezidenti Peter Maurer ilə görüş zamanı Rusiyanın Dağlıq Qarabağdakı təşkilat ilə əməkdaşlıq eləməkdə maraqlı olduğunu bildirib.

Lavrov deyib: “Orada Rusiyanın sülhməramlı qüvvələri var və biz Beynəlxalq Qızıl Xaç Komitəsinin bu regionda çoxdan və çox fəal şəkildə işlədiyini bilirik. Biz artıq uğurla inkişaf edən əməkdaşlığımızın möhkəmləndirilməsində maraqlıyıq”.