Lavrov: “Qarabağda atəşkəs qərarında ABŞ-ın da rolu oldu”

174

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Qarabağ bölgəsində atəşkəs razılaşmasının ABŞ-ın iştirakı ilə həll edildiyini bəyan edib. Lavrov deyib: “Qərar qəbul edilərkən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ ilə Fransanın mövqeləri də nəzərə alınıb”.

“Mən deyə bilmərəm ki, bu məsələ ABŞ-ın iştirakı olmadan həll edilib. Çünki üç həmsədrin – Rusiya, ABŞ və Fransanın mövqeləri 9 noyabr tarixli razılaşmadan əvvəlki ay ərzində dəfələrlə prezidentlər, nazirlər və həmsədr ölkələrin xüsusi nümayəndələri səviyyəsində bildirilib. Bu mövqe isə qan tökülməsinin dərhal dayandırılmasının və atəşkəsə nəzarət mexanizmlərinin hazırlanmasının lehinə olub və vəziyyətə siyasi, psixoloji cəhətdən təsir göstərib”.