Lavrov: “Kürdlərlə amerikalıların suveren Suriyanın neftini paylaşması…”

87

Hurriyyet.org xəbər verir ki, Rusiyanin Xarici İşlər naziri Sergey Lavrov “RİA-Novosti” agentliyinə müsahibəsində ABŞ ilə Suriya kürdləri arasındakı neft sövdələşməsinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu deyib.

Lavrov deyib: “Son zamanlarda Suriyanın şərqindəki bu qeyri-qanuni Amerika qruplaşmasının qərarları elan edilib.

Bu qruplaşmanın kürdlərin rəhbərləri ilə birlikdə imzaladığı müqaviləyə görə, Amerikanın neft şirkəti suveren Suriya dövlətinin ərazisindən karbohidrogen çıxara bilər – bu, beynəlxalq hüququn ağlgələn bütün prinsiplərinin ən kobud şəkildə pozulmasıdır”.