Lavrov-Kalantarov Qarabağ ermənilərini Abxaziyaya köçürməyə hazırlaşır

162
Azərbaycan ordusunun Qarabağdakı sürətli hücumu, azərbaycanlıların qovulması və etnik təmizlənməsi zamanı onların qoyub getdikləri əmlakı talan edən, qamarlayan və yiyələnən “Artsax” erməni separatçılarını ələ keçirdikləri qənimətləri, yiyələndikləri evləri tələsik qoyub qaçmağa məcbur edir. Azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə özünü ləkələmiş Qarabağdan qaçan erməniləri yerbəyer etmək məsələsi dhaa da kəskinləşir. Bu məsələsdə erməni kontingenti tamamilə erməniləşmə mərhələsini keçmiş və onların nəzarətində olan Abxaziyaya ümid edirlər.

Bu məsələdə bəzi addımları atmaq lazımdır:

1. Abxaziyadakı separatçı dövlətin vətəndaşı olmayan ermənilərə bu ərazidə daşınmaz əmlak almaq icazəsi.

2. Abxaziyada ucuz qiymətə aldıqları daşınmaz əmlaka görə heç kim ermənilərin hüquqlarına etiraz etməyə cəsarət etməsin.

2-ci məsələyə gəlincə, qondarma respublikanın ərazisində tam xaos vəziyyəti hakimdir. Əmlaklar nəinki  gürcülərin, rusların da əlindən alınır. Və yeni erməni köçkünlərə isə belə problemlər lazım deyil, ermənilər istəyirlər ki, heç kim onların dəniz sahilində evlərə olan mülikiyyət hüququna qarşı çıxmasın.

Buna görə nəinki “Artsax”-ümumiyyətlə istənilən yerdən olan ermənilərin Abxaziyaya köçürülməsinə və gələcəkdə mülkiyyət hüquqlarının qorunması ilə Rusiya Xarici İşlər Nazirliyinin başçısı, atəşin erməni millətçisi və gürcüfob Sergey Lavrov-Kalantarov məşğul olmağa qərar verdi. Üstəlik bu köçürülmədə Lavrovun nə qədər maraqlı olduğunu onun uzun illərdən bəri ilk dəfə nifrət etdiyi gürcülərin – amma Rusiya vətəndaşlığına sahib olan gürcülərin insan haqlarını tanımağı qəbul etməsi sübut edir.

Beləliklə, Rusiya Federasiyası Xarici İşlər Nazirinin mətbuat konfransı zamanı “Komsomolskaya Pravda”nın baş redaktoru Vladimir Sunqorkin, Abxaziyada rusların mülkiyyət hüquqlarının pozulması ilə bağlı – “Bizdən tam asılı olan ölkələr var – Abxaziya, Tacikistan, Belarusiya … Belə ki, bütün rus nənələri və yaşlı qadınları Abxaziyadakı mənzillərindən qovdular, siz bu problemi bilirsiniz, səfirliyimiz orada daim bunu edir, insanlıq baxımından acı bir haldır, onları evlərindən çıxarıb atırlar. Rus millətindən olanlardan, rusdilli insanların maraqlarından danışıram, nə istəyirlər edirlər, biz də mane ola bilmirik”, sualına Xarici İşlər Naziri Sergey Lavrov,  Rusiyanın etnik mənsubiyyətindən asılı olmayaraq separatçı ərazilərdəki insanların mülkiyyət hüquqlarının pozulması məsələlərinə qayıdacağına söz verdi:

“Bütün bunlar gündəmimizdədir. Abxaziyadakı etnik rusların və etnik gürcülərin, Rusiya Federasiyası vətəndaşlarının mülkiyyəti daim diqqət mərkəzindədir və ümid edirəm ki, Abxaziyadakı iğtişaşlar səngiyəndə, bu mövzuya qayıdacağıq, baxmayaraq ki, bu problemin həll edilməmiş qalması bizi bir az təəccübləndirdi. Düşünürəm ki, bütün bu hadisələrdən sonra bu işlə bir az daha enerjili məşğul olacağıq… “

Yəni Lavrov-Kalantarov Abxaziya separatçılarının evlərindən çıxardıqları “ruslar” a və hətta Rusiya vətəndaşlığı olan gürcülərə nəzər salmağa başladı. Demək bundan sonra Abxaziya sahibləri abxazlar deyil, başqa bir etnik qrupun nümayəndələridir.

Kalantarovu Rusiya vətəndaşı olan bir neçə gürcü qaçqınının evlərini geri qaytarması çox narahat etmir Ona əslində lazımdır ki, Abxaziyada abxazların etnik dominantlığına son qoyulsun. Onsuz da, Abxaziyanı kütləvi şəkildə məskunlaşdıran “qədim əzabkeş xalq” ın nümayəndələri nə gürcülərə, nə ruslara geri qayıtmağa və “kök salmağa” imkan verməzlər. İndi hamı monoetnik Ermənistanın necə əmələ gəldiyini anlayır.

Üstəlik, Abxaziyadan qaçqın düşən Rusiya pasportuna sahib olan gürcülərin əksəriyyətini “Abxaziyaya qarşı müharibədə” günahlandıraraq vətənlərinə qayıtmağa icazə verilməyəcək. Qondarma Abxaziya Respublkasının “Xarici İşlər Naziri” Daur Kove bunları söylədi: “Gürcü milliyyətindən olan Rusiya vətəndaşlarına gəldikdə, qeyd etmək lazımdır ki, əmlak məsələlərini həll edərkən AR qanunvericiliyində nəzərdə tutulan yeganə məhdudiyyət, Abxaziya Respublikasının müstəqilliyinə və dövlət suverenliyinə qarşı vuruşan və ya mübarizə aparan, döyüş əməliyyatlarına qatılan və ya işğal qoşunlarına kömək edən vətəndaşların əmlak sahibi olmasına qoyulan məhdudiyyətdir”.

Prinsipcə, Abxaziyada “evlərə və mənzillərə hüquqların bərpası” üçün yalnız rus pasportlarına sahib olan və onları ucuz qiymətə erməni köçkünlərinə satmağa razı olan gürcülərə kömək göstərilməsi də mümkündür. Başqalarına gəldikdə, özlərinin və ya qohumlarının “müstəqil Abxaziyaya qarşı vuruşduqlarına” dair “şahidlər” tapacaqlar və mülkiyyət hüquqlarını bərpa etməkdən imtina edəcəklər.

Bir şey aydındır ki, Rusiya Federasiyası, Ermənistan və “Artsax” vətəndaşı olan ermənilərə daşınmaz əmlak satma məsələsində, Suxumidəki separatçı hakimiyyət orqanları “əziləcək” və tezliklə ən az 100 min Rusiya və  Ermənistan ermənisi, 50 minə qədər Qarabağ ermənisi Abxaziyaya köçəcək.  50 min Qarabağ ermənisi Abxaziyada yaşayan 110 mindən çox erməniyə artımdır. Bundan sonra 60 min-dən çox olmayan və yox olmağa məhkum olmuş abxazlar da öz torpağını və evini ermənilərə satacaq. Beləliklə Abxaziyada abxazlar tarixə qarışacaq. Yeni yerli xalq ermənilər olacaq.

Ülviyyə Şükürova