“Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır”

69

Putinin sözçüsü: “Lazım gələrsə, Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı olacaq”

Kreml Rusiya prezident Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

“RİA Novosti” xəbər verir ki, V.Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, lazım gələrsə, belə danışıq olacaq.

“Ancaq bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır”, – D.Peskov bildirib.