Lavrov  əl-ayağa düşdü: “Qarabağ üzrə danışıqların bərpasını ləngitmək olmaz. Erməni dostlarımızın dediyi kimi…”

138

Kələntəryan təlaşda

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə görüşdən sonra verdiyi açıqlamada Qarabağ məsələsi üzrə razılaşmaya hər iki tərəfin tam şəkildə riayət edəcəyinə Rusiyanın inandığını bildirib.

Lavrov sözünə davam edərək, Qarabağ məsələsinin  nizamlanması üzrə siyasi danışıq prosesinin bərpa edilməsinin ləngiməsinin düzgün olmadığını söyləyib:

“Biz (üçtərəfli məsləhətləşmədən sonra) necə irəliləyəcəyimiz barəsində fikir mübadiləsi apardıq. Bu, o demək deyil ki, bütün məsələlər birdən və tezliklə həllini tapacaq. Başa düşürük ki, müəyyən proses olacaq. Lakin siyasi danışıqlar prosesinin bərpa edilməsinin ləngiməsini düzgün hesab eləmirik”.

Lavrov deyib: “Erməni dostlarımızın bu gün bizə xəbər verdiləri kimi, bundan sonrakı addımlar Mnatsakanyanla ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşündə müzakirə ediləcək”.