Latviyanın Moskvadakı səfirliyinə hücum olunub

    3

    Latviyanın xarici işlər naziri Edqars Rinkevinçs bəyan edib ki, Moskvadakı səfirliyə hücum olunub, iki nəfər saxlanılıb.

    Hurriyyet.org xəbər verir ki, Oxu.Az Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rinkevinçs Twitter-də yazıb:

    “Bu gün Latviyanın Rusiyadakı səfirliyinə hücum olunub, hadisə ilə bağlı iki nəfər saxlanılıb. Latviya bu cür hadisəni şiddətlə qınayır və Rusiyadan diplomatik nümayəndələrin beynəlxalq hüquqa əsasən təhlükəsizliklərinin təmin edilməsini tələb edir”.