Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

261

Lənkəranda ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, hadisə avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Moskva Məhərrəmovanı vurub.

Piyada hadisə yerində ölüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Musavat.com