Lənkəranda ağır qəza

78

Kişi öldü, anası və oğlu ağır xəsarət aldı

Lənkəran rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Girdəni kəndində qeydə alınıb. Belə ki, qəza zamanı İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi “Ford” markalı yük avtomobili toqquşub.

Nəticədə “VAZ-2107″in sürücüsü və sərnişinləri ağır yaralanıb. Qəzada ağır yaralanan 1979-cu il təvəllüdlü Mahir Əhmədov xəstəxanaya aparılan zaman yolda keçinib.

Onun anası, 1947-ci il təvəllüdlü Güldərən Əhmədova və oğlu 2014-cü il təvəllüdlü Hüseyn Əhmədzadə ağır yaralanıb. Eləcə də 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 1986-cı il təvəllüdlü Mais Kəlbiyev ağır xəsarətlər alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.