Küveytin yeni əmiri məlum olub

153

Küveytdə Əmir IV Sabahın ölümündən sonra vəliəhd şahzadə Nəvaf Əl–Əhməd Əl–Cabir Əs–Sabah ölkənin yeni əmiri təyin edilib.

APA xəbər verir ki, bunu Nazirlər Kabineti Məsələləri üzrə nazir Ənas Xalid əl-Saleh Küveyt Əmirinin ölümü ilə əlaqədar dövlət televiziyasında çıxışı zamanı bildirib.

“Nazirlər Kabineti, Konstitusiyanın 4-cü maddəsinə əsasən, Küveyt Dövlətinin Əlahəzrət Şahzadəsi Şeyx Nəvaf Əl-Əhmədi əmir təyin edib, bununla əlaqədar rəsmi qurumların işi üç gün dayandırılıb və ölkədə 40 günlük matəm elan olunub”, – nazir belə deyib.

Ölkənin Milli Məclisinin (Parlament) sədri Marzuk əl-Qanem yeni əmirin çərşənbə günü and içəcəyini qeyd edib.