“Kuryer” pişik həbsxanadan qaçıb

129

Hurriyyet.org xəbər verir ki, Şri-Lankada məhkumlara narkotik maddələr, sim kart və yaddaş kartı apardığı üçün həbs edilən pişik, saxlanıldığı kameradan qaçıb.

“Kuryer” pişik ötən şənbə günü, güclü mühafizəsi olan “Velikada” həbsxanasının əməkdaşları tərəfindən tutulmuşdu. Pişiyin boynundan asılmış kiçik plastik çantada 2 qram narkotik maddə, 2 ədəd sim kart və 1 ədəd yaddaş kartı tapılmışdı.

“Aruna” qəzetinin yazdığına görə, “kuryer” pişik saxlanıldığı kameradan dünən qaça bilib.

Həbsxana rəhbərliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Hurriyyet.org