Kürd döyüşçülər Laçındadır – Rus jurnalist

114

İşğal edilmiş Dağlıq Qarabağ ərazisində kürd döyüşçülər var və onlar Laçın dəhlizini qoruyurlar.

Modern.az xəbər verir ki, bunu “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muradov “Exo Moskva”ya müsahibəsində deyib.

“Müsəlman kürdlər Dağlıq Qarabağı dəstəkləyirlər və Laçın dəhlizini mühafizə edirlər. Bu ərazi Ermənistanı Qarabağdan ayırır. Onlar müsəlmandırlar, erməniləri dəstəkləyirlər”, – deyə o bildirib.

Qeyd edək ki, burda deyildiyi kimi, “müsəlman” və ya “buddist” olmağın heç bir fərqi yoxdur. Kiminsə kimisə dəstəkləməsi də nağıldır. Mahiyyət odur ki, kürd terrorçular pulla tutulub və Ermənistan tərəfindən müharibədə iştirak edirlər.