Kürdəxanıda kanalizasiya sularını dənizə axıdan kimdir? – FOTOLAR

45

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində kanalizasiya suları birbaşa dənizə axıdılır.
Bu barədə saytımıza qəsəbə sakinləri məlumat verib. Onların dediklərinə görə, kanalizasiya sularının axıdıldığı ərazinin yaxınlığından yay aylarından çimərlik kimi istifadə edirlər. Sakinlərin sözlərinə görə, həmin ərazidə indi belə ifunət iyindən dayanmaq olmur havalar isinəndə vəziyyət daha da bərbad olacaq. Sakinlərin şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin araşdırıldıqdan sonra deyəcəyini desə də daha sonra “Azərsu” ilə əlaqə saxlamağımızı bildirdi.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, Kürdəxanıda kanalizasiya sistemi yoxdur:
“Həmin ərazidə bizim ümumiyyətlə infrastrukturumuz yoxdur”./yeniavaz.com/