Kürdəmirin icra başçısına qarşı irəli sürülən ittihamlar məlum olub

75

Kürdəmirin icra başçısı Ceyhun Cəfərova qarşı irəli sürülən ittihamlar Elektron Məhkəmə Sistemində göstərilib.

Trend-in məlumatına görə, Ceyhun Cəfərov Fərrux oğlu Cinayət Məcəlləsinin Dövlət Hakimiyyəti, Dövlət Qulluğu Mənafeyi və Yerli Özünüidarə Orqanlarinda, Habelə Digər Kommersiya Və Qeyri-Kommersiya Təşkilatlarinda Qulluq Mənafeyi Əleyhinə Olan Cinayətlər (308-314) – 311.3.3; 308.2; 311.3.2; 311.3.1; maddələri ilə təqsirli bilinir.

C.Cəfərov bu gün məhkəmə qarşısına çıxarılacaq. Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi C.Cəfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılacaq.