Kürdəmirdə yol qəzası: xəsarət alanlar var

45

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini traktorla hərəkətdə olarkən onun qəfildən qarşısına çıxan motosikletlə toqquşub. Nəticədə motosikletdə olan 23 yaşlı Cavidan Məmmədovla 29 yaşlı Hacıyev Muxtar İkram oğlu müxtəlif bədən xəsarəti alıblar.

Hər iki yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.