Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

105

Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çarpılıb. Nəticədə Qazax rayon sakini Sofalı Rəşid oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.