Kürdəmirdə evlərdən oğurluq edənlər tutuldu

93

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust ayında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuş – Ramil Məmmədov və Raqif Məmmədov saxlanılıblar.

Araşdırmalarla onların 1 ədəd  televizor, spirtli içkilər və müxtəlif bijuteriya əşyaları oğurlamaqla şikayətçiyə 1 500 manat məbləğində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.