Kulis.az yenə tarixi faktları təhrif etdi… – NİYƏ?

165

Kulis.az sayında xalq artisti, haqda olan bu yazını maraqla oxudum. Ancaq bildirmək istəyirəm ki, aktyorun ən yadda qalan obrazı olan “Dəli Kür” filmində Cahandar ağa obrazına çəkilməsi haqqında olan fikirlərdə yanlışlıqlar var. Bu da ondan irəli gəlir ki, faktlar müəlliflər tərəfindən dəqiqliklə öyrənilmədən yazılır. Belə ki, Kulis.az qeyd edir ki, mərhum sənətkarımız Ədil İsgəndərov onu Gəncə teatrının səhnəsində “Dəli Kür” pyesinin tamaşasında Cahandar ağa obrazında gördüyü üçün bu obraza dəvət edib. Əslində sayt bununla çox böyük bir tarixi təhrifə yol verir.

Qeyd etməliyəm ki, İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında Mailə Muradxanlının səhnələşdirdiyi eyni adlı “Dəli Kür” pyesi quruluşçu rejissor, xalq artisti Vaqif Şərifovun quruluşunda Gəncə teatrının səhnəsində 1986-cı ildə ilk dəfə olaraq hazırlanıb və tamaşaya 21 may 1986-cı ildə ilk ictimai baxış keçirilib. “Dəli Kür” filmi isə 1969-cu ildə çəkilib. Mərhum sənətkarımız, xalq artusti Ədil İsgəndərov isə 1966-1974-cü illərdə kinostudiyaya rəhbərlik edib və 18 sentyabr 1978-ci ildə vəfat edib. Beləliklə Ədil İsgəndərovun Gəncə teatrının səhnəsində Ələddin Abbasovu Cahandar ağa obrazında gördüyü üçün bu obraza dəvət etməsi fikri tamamilə absurddur.

O ki qaldı filmin sınaq çəkilişlərinə, qeyd etməliyəm ki, xalq artistləri Ələddin Abbasov və Məhəmməd Burcəliyev hər ikisi bu filmdə Allahyar obrazına dəvət olunublar. Foto və kino probdan sonra “Mosfilm” Ələddin Abbasovu Cahandar ağa, Məhəmməd Burcəliyevi isə Allahyar obrazlarına təsdiq ediblər. Çünki o dövrdə son qərarı “Mosfilm” verirdi.

Anar BURCƏLİYEV