Kuleba: “Ukrayna Azərbaycanı dəstəkləyir, generallarımız Qarabağ döyüşlərindəki müasir savaş metodlarını öyrənirlər”

768

“Ukrayna ilə Türkiyə arasında  dünya miqyaslı əməkdaşlıq proqramı həyata keçiriləcək”

Hurriyyet.org xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Türkiyə-Ukrayna əlaqələrini qiymətləndirib. Xüsusilə də “Akıncı” layihəsində iki ölkənin əməkdaşlığından məmnun olduqlarını bildirən Kuleba deyib: “Uğur qazansaq, daha iddialı və böyük dünya miqyaslı layihələrə keçə bilərik. Bu səbəbdən “Akıncı” sadəcə hərbi baxımdan deyil, ölkə liderlərinin himayəsi ilə iki ölkənin sənayesi arasında əməkdaşlıq üçün də mühümdür. “Antonov” yük təyyarəsi məsələsi də gündəmdədir. Dünyada yük təyyarələrinə tələb var. “Antonov” ilə qarşılıqlı layihələr həyata keçirmək istəyən bəzi ölkələr var. Bu layihə, daha doğrusu proqram – çünki layihədən daha böyükdür – hələ danışıqlar mövzusudur və türk məsləkdaşlarımızla görüşcəyik”.

Kuleba Türkiyənin Xarici İşlər nazirinin dekabr ayının ikinci yarısında Ukraynaya səfərinin gözlənildiyini də bildirib: “Bu, Quadriqa formatında ilk görüş olacaqdır. Bu, xarici işlər və müdafiə nazirliklərinin eyni anda bərabər görüşdükləri bir formatdır. Format Ukrayna Prezidenti Vladimir Zelenskinin İstanbul səfəri çərçivəsində Prezident R.T.Ərdoğan ilə birlikdə razılaşdırılmışdı. Əməkdaşlığımızın səviyyəsini də dərinliyini göstərməsi baxımından Antonov yük təyyarəsi məsələsi həmin görüşdə müzakirə eləmək üçün mükəmməl bir layihədir”.

Ukrayna Azərbaycanın suverenliyini dəstəkləyir

Ukraynanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Kuleba deyib: “ Ukrayna Dağlıq Qarabağ probleminə beynəlxalq hüquq çərçivəsində yanaşır və mövqeyimiz çox dəqiqdir – Türkiyə ilə eyni mövqedən yanaşırıq”.

Kuleba bir çox səbəblərdən Türkiyə ilə Azərbaynının xüsusi bağlara sahib olduğundan xəbərdar olduqlarını bildirib.

Dağlıq Qarabağ məsələsindən danışarkən Kuleba deyib: “Bu, bizim üçün xüsusilə mühüm bir məsələdir. Ukraynada Rusiyanın təcavüzkarlığı ilə üz-üzəyik. Krım Rusiya tərəfindən qanunsuz şəkildə işğal edildi, hələ də əsgərlərimiz həlak olmaqdadır. Döyüşlər intensiv olmasa da, hələ də atışmalar davam edir. Heç bir şey unudulmamalıdır”.

Dağlıq Qarabağdakı döyüşlərin hərbi baxımdan modern müharibənin yeni ünsürlərini göstərdiyini söyləyən Kuleba Ukrayna Ordusunun generallarının Qarabağı müasir müharibənin necə keçirildiyinə bir nümunə kimi incələdiklərini bildirib.

“Rusiya bizə dost ölkə deyil”

Kuleba  Şərqi Aralıq dənizindəki problemlərə görə təəssüfləndikərini bildirib: “Avropanın bu bölgəsində hər kəs qonşumuz və dostumuzdur. Rusiyadan başqa – Rusiya sadəcə qonşumuzdur, dostumuz deyil. Ümidvarıq ki, Şərqi Aralıq dənizi məsələsindəki anlaşılmazlığa qarşılıqlı məmnuniyyət çərçivəsində, hüquqi və siyasi çərçivədə bir həll tapılar. Bu məsələdə hərbi həllə ehtiyac yoxdur”.

Kuleba Liviya böhranında Türkiyə ilə Ukraynanın eyni mövqedə olduqlarını söyləyib.