Ermənistanda Qarabağ Müharibəsindəki məğlubiyyətin səbəbləri, eləcə də nədən Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) münaqişəyə cəlb olunmaması kimi məsələlər hələ də gündəmdədir.
“AzPolitika.info” xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan İrəvanın KTMT-yə kömək üçün rəsmən müraciət etməməsinin səbəblərini açıqlayıb: “Ermənistan öz sərhədləri daxilində KTMT-nin üzvüdür. “Dağlıq Qarabağ” təşkilatın üzvü deyil. Bundan başqa, KTMT-də Azərbaycanla sıx əməkdaşlıqda olan ölkə var. Ona görə də KTMT-yə müraciət nəticə verməyə bilərdi.”
Simonyan məhz hansı ölkəni nəzərdə tutduğunu deməyib. Xatırladaq ki, KTMT üzvləri Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistandır.