KƏRKÜKDƏ GƏRGİNLİK SON HƏDDƏ ÇATDI – “Türkiyə və BMT işə qarışmasa, problem həll edilməyəcək”

    6

    Hurriyyet.org xəbər verir ki, seçkilərdən sonra Kərkükdə gərginlik son həddə çatıb. Türkmənlər və ərəblər seçkilərdə əliyərilik edildiyindən şikayətlənirlər. Səslərin yenidən hesablanmasını tələb edirlər.

    İraqda mayın 12-də keçirilən seçkilərdən sonra xüsuslə də, soydaşlarımızın yaşadığı Kərkük şəhərində etirazlar nümayişlərə çevrilib. Türkmənlər, ərəblər, Haşdi Şabi tərəfdarları – bir sözlə, demək olar ki, hamı səslərin yenidən, əllə sayılmasını tələb edirlər.

    Kərküklülər səsvermə qutularının saxlanıldığı məntəqələrin qarşısında çadırlar qurublar. Bu çadırlarda 24 saat növbə tuturlar. Ərəb mənşəli Kərkük valisi rəsmi açıqlama verərək, “Kərkükdəki seçkilərin nəticələrini tanımırıq”, – deyib.

    İraq Türkmən Cəbhəsinin mətbuat katibi Əli Mehdi bəyan edib ki, bu hadisələrdən sonra BMT və Türkiyə işə qarışmasa, problem həll edilməyəcək.

    Hurriyyet.org