“Kritı Araz”a hökm oxundu

    15

    Kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov hakim qarşısına çıxarılıb. O, dəstə yaradaraq cinayət əməlləri törətməkdə itiham edilir. İttihama görə o, cinayət əməlini həbsdə olarkən törədib.

    Hurriyyet.org xəbər verir ki, Araz Fərəcovla birlikdə dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Elşən Əliyev və Xəyyam Qurbanlı da hakim qarşısına çıxarılıb.

    Məhkəmədə hökm oxunub. Hökmə əsasən Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Elməddin Şahbazov isə bu iş üzrə 10 il cəza alıb. Lakin onun başqa cinayət işi üzrə 16 il azadlıqdan məhrum edildiyindən indiki cəzası ilə birləşdirilərək üzərində 17 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

    Namiq Babayevə 1 il 2 ay cəza verilib, o həmin müddəti istintaq dövründə çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.

    İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər.

    Dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.

    İstintaqla müəyyən edilib ki Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər.

    Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərinə talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

    İttihama görə, Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən idarə edib.