“Kristal Abşeron” məcburi köçkünləri AYAĞA QALDIRDI

48

“Qobu Park” Yaşayış Kompleksində yaşayan məcburi köçkünlər su təchizatı dayandığı üçün ayağa qalxıblar.

Yaşayış komleksinin sakinlərinin verdiyi məlumata görə, artıq 1 aya yaxındır ki, sözügedən ərazidə su təchizatının verilməsi prosesində fasilələr yaranmağa başlayıb.

Gün ərzində xəbərdarlıq edilmədən edilmədən suyun kəsilməsi və fasilələrlə verilməsi sakinlərin ciddi narazılığına və etirazına səbəb olub. Məsələ ilə bağlı Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı problemin nasoslarda olduğunu bildirdi.

Onun sözlərinə görə, eyni zamanda Oğuz-Qəbələ-Bakı kəmərindən Qobu parka yeni xətt çəkilir və yekunlaşmaq üzərədir.

Kristal Abşeron Yaşayış Kompleksinin məsul şəxsləriylə isə əlaqə yaratmağa cəhd göstərsək də, buna müvəffəq olmadıq.\\Correct.az