Kriminal avtoritet jurnalistləri ölümlə TƏHDİD ETDİ

    6

    Türkiyənin Kırıqqala həbsxanasında saxlanılan cinayətkar qruplaşmanın rəhbəri, məşhur kriminal avtoritet Alaattin Çakıcı jurnalistləri təhdid edib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, kriminal avtoritet “Karar” qəzetinin 6 əməkdaşını ondan yazı yazdıqlarına görə ölümlə təhdid edib.

    İctimaiyyətə yayılan məktubda ölümlə təhdid edilən jurnalistlərin adı bir-bir çəkilir.

    Bu gün yayılan məlumatda isə Türkiyə qanunvericiliyinə əsasən, A.Çakıcıya qarşı təşkilatın gücündən istifadə edərək başqalarını ölümlə təhdid etmək maddəsi ilə cinayət işi açılıb.