KREMLDƏN TRAMPA İRAN TƏHDİDİ! – “RUSİYA BƏZİ QƏRARLAR VERƏCƏK VƏ…”

    6

    Hurriyyet.org xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın 2015-ci ildə P5-1 ölkələri ilə İran arasında imzalanan nüvə müqaviləsindən imtina edəcəyi təqdirdə, Rusiya prezidenti Vladimir Putinin bu addımla bağlı qərarlar verəcəyini və mənfi nəticələrin qaçılmaz olduğunu vurğulayıb. Peskov mətbuat konfransında deyib: “Əlbəttə, çox ciddi bir vəziyyətlə qarşılaşacağıq. Məsələ Moskvada müzakirə ediləcək və Putin qərar verəcək”.

    Peskov Vaşinqtona belə xəbərdarlıq edib: “Putinin bu müqavilənin pozulmasından sonra atılacaq addımların qaçılmaz mənfi nəticələr doğuracağına dair mövqeyini yaxşı bilirsiniz”.

    Tramp qərarını bu axşam açıqlayacaq

    Bundan əvvəlki bəyanatlarda Tramp İranla nüvə müqaviləsi barəsindəki son qərarını mayın 12-də verəcəyini bildirmiş və Amerikanın müqavilədən imtina edib, İrana yenidən sanksiyalar tətbiq edə biləcəyini açıqlamışdı.

    Verilən son xəbərlərə görə, Tramp İranla nüvə müqaviləsi ilə bağlı son qərarını bu gün Bakı vaxtı ilə saat 22.00-da (Vaşinqton vaxtı ilə 14.00) bəyan edəcək.

    Hurriyyet.org