Kreml: “Suriya üzrə üçtərəfli sammitə hazırlıq gedir”

    12

    Hurriyyet.org xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində görüşləri zamanı Suriya məsələsiylə bağlı RF, İran və Türkiyənin liderlərinin iştirakıyla üçtərəfli sammitin keçirilməsinin mümkünlüyünü müzakirə etdiklərini söyləyib. Peskov deyib: “Prezident Putin ilə prezident Ərdoğanın görüşündə belə bir sammit barəsində söhbət olub. Sammitin bu yaxınlarda keçiriləcəyi gözlənilir”.

    Kremlin mətbuat katibi görüşün tarixinin hələlik dəqiqləşdirilmədiyini bildirib.

    Prezident Ərdoğan da Osakada olarkən jurnalistlərə Suriya məsələsiylə bağlı Rusiya-Türkiyə-İran sammitinin keçiriləcəyi barəsində məlumat vermişdi: “Görüş çox tezliklə, iyulun əvvəlində keçiriləcək”. Ərdoğan bu üçtərəfli sammitdən sonra, Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin görüşüb Suriya məsələsini müzakirə edəcəklərini də əlavə edib.

    Hurriyyet.org