Rusiya Federasiyası Müdafiə Nazirliyi, Moldova Respublikasının Dnestryanı bölgəsindəki hərbi hissələrdə 2020-ci ilin əvvəlindən bəri atış və təlimlərin sayını açıqladı.
Rusiya Federasiyası Müdafiə Nazirliyi, Moldovanın Dnestryanı bölgəsində “sülhməramlılar”ın döyüş hazırlığı nəticələrini yekunlaşdırdı. Dialogue. UA bildirir ki, bu barədə ölkənin müdafiə idarəsinin mətbuat xidməti məlumat verib. Qeyd olunur ki, 2020-ci ilin əvvəllərindən başlayaraq Rusiya hərbçilərinin Əməliyyat Qrupunun bölmələrində 1000-dən çox təlim keçirilib. Bunlardan 500-dən çoxu atıcı silah və döyüş maşınlarının standart silahları ilə atəş, habelə müxtəlif növ texnika sürücüləri ilə 200-dən çox təlim olub. Bundan əlavə, terror təhdidlərinə qarşı 70-ə yaxın təlim keçirildi.
Tərcümə etdi: Ülviyyə Şükürova