Kral Salmandan SÜRPRİZ DƏVƏTNAMƏ

    12

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz Qətər əmiri Şeyx Temim bin Həmid Əl Sanini dekabrın 9-da keçiriləcək 39-cu Körfəz Əməkdaşlığı Şurası sammitinə dəvət edib. Rəsmi dəvətnamənin Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif Əz Zeyyani tərəfindən Qətərin xarici işlər naziri Sultan bin Saad Əl Merihiyə təqdim edildiyi bildirilib.

    Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 2017-ci il iyunun 5-də birgə qərar verərək Qətərlə diplomatik əlaqələrini dayandırdıqlarını bildirmişdilər. Həmin dövrdə bu ölkələr Qətəri iqtisadi və siyasi blokadaya almışdılar. Bu dörd ölkə Doha hökumətinin qarşısına “İran ilə əlaqənin kəsilməsi, “Əl Cəzirə” televiziyasının bağladılması” kimi şərtlərin daxil olduğu 14 maddəlik tələbnamə qoymuşdular. Qətər isə beynəlxalq hüquqa zidd olan heç bir tələbin qəbul edilə bilməyəcəyini açıqlamışdı.

    38-ci sammitdə sadəcə iki lider iştirak eləyib

    Körfəz ölkələri arasında 2017-ci ilin iyununda baş vermiş bu böhrandan 6 ay sonr Küveytdə keçirilən 38-ci KƏŞ sammiti şuranın təsis edildiyi 1981-ci ildən bəri ən az iştirakçısı olan görüş kimi tarixə düşüb. Həmin sammitdə dövlət başçılarından yalnız Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd əl-Cabir əs-Sabah və Qətər əmiri Şeyx Temim bin Həmid Əl Sani iştirak eləmişdi. Omanı isə baş nazirin müavini Fəhd bin Mahmud Əl Səid təmsil eləmişdi. Oman kralı 2011-ci ildən bəri KƏŞ sammitlərində iştirak eləmədiyi üçün, bu, təbii qəbul edilir.

    Səudiyyə Ərəbistanı BƏƏ və Bəhreyn də sammitdə dövlət başçısı səviyyəsində iştirak eləməmişdilər.

    Hurriyyet.org