KRAL AİLƏSİNDƏ QAYINATA ŞOKU

    6

    Birləşmiş Krallığın vəliəhd şahzadəsi Harri ilə Meqanın toyunda gəlinin atası iştirak etməyəcək.

    Məlum olub ki, Meqanın atası bir fotoqrafa pul verərək şəkillərini montaj etməsini xahiş edib. Bu, üzə çıxdıqdan sonra ata Markl toy üçün İngiltərəyə getməyəcəyini bildirib.

    Kral ailəsindən verilən açıqlamada isə Tomas Marklın toyda iştirak etməməsi təsdiqlənməyib. Meqan isə mətbuatdan anlayış tələb edib.

    Sarayın mətbuat katibi açıqlamasında deyib:

    “Bu vəziyyətin toydan bir neçə gün əvvəl baş verməsi Meqan üçün çox şəxsidir. Özü və şahzadə Harri insanlardan bu çətin vəziyyətdə anlayış göstərmələrini tələb edirlər”. \\Ölkə.Az