Kral ailəsinin ən məşhur üzvü oldu

279

Bu il kral ailəsinin ən məşhur üzvü müəyyən edilib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Şahzadə Harrinin həyat yoldaşı Meqan Böyük Britaniya krallığının ən məşhur üzvü seçilib. Onun populyarlıq reytinqi 14,5% təşkil edib. Digər pillələrdə 14.4 %-lə Keyt Middlton, 14.3 %-lə isə Kraliça İkinci Elizabet qərarlaşıb.

Marklın ailənin ən məşhur üzvü seçilməsinə səbəb onun il ərzində gündəmdən düşməməsidir. Onun həyat yoldaşı Harri ilə saraydan ayrılaraq başqa evə köçməsi və bir müddət əvvəl hamiləlik xəbərlərinin yayılması dünya mediasında böyük səs-küyə səbəb olub.