KQB-nin seks agentləri: Prezident şantaja necə reaksiya verdi? – DETALLAR

    9

    KQB informasiya almaq üçün ən gizli silahı – seks casusluğu ilə də məşğul olub.

    Hurriyyet.org teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə KQB-nin Vera kod adlı agenti "KQB-nin seks casusluğu” kitabında bəhs edib.

    Birinci Dünya Müharibəsindən sonra SSRİ-də qurulan və imperiyanın süqutundan sonra FSB adını alan KQB kəşfiyyat tarixinə imzasını vuran təşkilat kimi tanınıb. Dünyanın ən dəhşətli, ən qəddar kəşfiyyat qurumu olan KQB-nin informasiya əldə etmək üçün xanım əməkdaşlarına xüsusi məharətlər "aşıladığı” ortaya çıxıb. Bu əməkdaşlar əllərindən gələni ediblər. Porno filmləri izləyib müzakirələr aparmaq isə onların ən anlaşılan addımı imiş.

    Vera kod adlı KQB agentinin kitabında yazdıqlarından belə anlaşılır ki, bu təşkilata daxil olan qadın agentlərin silahla davranmağı öyrənməkdən əvvəl aldıqları ilk dərs utancaqlıqla bağlı imiş. Hədəfdəki kişidən informasiya almaq üçün qadını agentlərə seks texnologiyasını öyrədiblər. Porno filmlər izləyən qadın kəşfiyyatçılar daha sonra dərslərdə filmlərdə gördüklərini müzakirə ediblər. Hətta utanmaq kompleksindən xilas olmaq məqsədilə qadın agentlərin kollektiv intim prosesinə cəlb olunduğu da kitabda iddia edilib.

    Vera intim dərsi aldığı günləri bu şəkildə sistemləşdirib: özümüzə əsgər, bədənizimə silah kimi baxmağı öyrətdilər. Kursların sonunda hər hansı bir kişi ilə yataraq ondan istədiyimiz informasiyanı alacaq səviyyəyə gəlmişdik.

    KQB-nin ilk dövründə qadın agentlər ikinci planda olub. "Ceyms Bond” xarakterli filmlərin gündəmə gəlməsi ilə SSRİ-də qadınların "silah” ola biləcəyini görərək, dərslərə başlanılıb. Artıq 1960-cı ildə ABŞ-da 200, İngiltərədə 105 qadın KQB agenti işə başlamışdı.

    1972-ci ildə KQB-dən ayrılan Hola kod adlı Melita Norvud Londondakı vəzifəsi – bədənini KQB uğrunda kişilərə təslim etməsini belə anladıb:

    "KQB-də bir qayda vardı. Qadın informasiya alacağı kişiyə aşiq olurdusa, onun işi bitirdi. Ancaq mən professional biri idim. Professionallığı müzakirə etməzlər. Çünki Hola əlaqələri sayəsində 1930-1972-ci illər arasında Moskvaya İngiltərənin bütün nüvə fəaliyyəti barədə məlumatları göndərmişdi. KQB-nin fəaliyyətində iki istiqamət şantaj idi. Qadın agent informasiya alacağı kişi ilə birlikdə olur, bunu kameraya çəkir və ardınca kişini kaseti xanımına göndərməklə təhdid edirdi”.

    Agent Veraya görə, bu şantaj yalnız İndoneziyanın qurucu lideri Əhməd Sukarno ilə bağlı işləməyib:

    "Bir gün Moskvaya səfər edən Sukarnonu təyyarədə qadın agentlər qarşılayıb, bir neçə gözəl sözdən sonra onu otelə dəvət etdilər. Təklifi qəbul edən Sukarno kameralarda özünün görüntüləndiyindən xəbərsiz idi. Bundan bir gün sonra təhdid edilən Sukarno kaseti izlədikdən sonra "kaset nə gözəldir, bir sürətini də mənə verin, ölkəmdə kinoteatrlarda göstərək” deyib. Bundan sonra KQB-nin planları alt-üst olub”.

    Qadın agentlərin hədəflərində kimlər olmayıb? 1970-ci ildə Sinqapurun Moskvadakı səfiri J.F.Conceicao, İngiltərənin keçmiş vəkillərindən Tom Driberg və hətta Moskvada 15 il işləmiş sabiq FTB agenti Robert Hanssen. Ancaq bir nəfər KQB agentləri ilə etdiklərindən heç vaxt utanmadığını etiraf edib. Bu, KQB-nin qadın agentlərinin yeganə "ovu” olan İngiltərə daxili kəşfiyyatının kompüter proqramçısı Terry Vincent olub. Vincent İrina Teplyakova adlı agentlə bağlı cinayət etirafı edib:

    "Tanış olub-olmaz özümü yataqda tapdım. Nə etdiyini gözəl bilirdi. Həyatımın ən gözəl vaxtını onunla keçirdim. Mənə onunla görüşə gedərkən qıcıqlandırıcı həblər almağımı söyləyirdi. Mən də bunu edirdim. Belə görürəm ki, ona çox məxfi informasiyalar vermişəm”.