Kovid-19-la bağlı Çindən gizli məlumatlar sızdırıldı

270

Hurriyyet.org xəbər verir ki, Çindən sızan gizli məlumatlara görə, çinli məmurların Kovid-19 epidemiyası barəsində dünyaya daxildəki vəziyyətlə müqayisədə daha nikbin məlumatlar verildiyi bildirilir.

“Anadolu Agentliyi”nin məlumatına görə, CNN telekanalı Hubei əyalərinin Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzinin 117 səhifəlik gizlik sənədlərinin aşkara çıxdığını bildirib. Kovid-19 epidemiyası başlanandan bəri Çinin daxilindən sızan ən mühüm faktlar hesab edilən sənədlər 6 mütəxəssis tərəfindən araşdırılıb.

Sənədlərə görə, ölkədəki epidemiyanın ilkin dövrlərində Kovid-19 yoluxmalarının aşkar edilib diaqnoz qoyulması 23 gün kimi uzun vaxt aparıb. Virus testlərinin çoxu yanlış olaraq mənfi cavablanıb. Çindəki sərt bürokratik idarəçilik sistemi epidemiyadan erkən xəbərdarlıq sistemini əngəlləyib.

Xəbərdə çinli məmurların Hudei əyalətindəki Vuhan şəhərini Kovid-19 epidemiyasının mərkəzi kimi təqdim eləməsinə rəğmən, 2019-cu il dekabrın əvvəllərində Vuhanla qonşu olan digər Yiçanq  Ksianninq şəhərlərində əvvəlki illə müqayisədə qripə yoluxma hallarının 20 dəfə artdığı gizlədilib.

Sənədlərdə vaxtaşırı mübahisələrə səbəb olan, virusun laboratoriyadan sızdığı istiqamətindəki iddialarla bağlı çinli məmurların heç bir məlumat vermədiyi də bildirilir.