Kovid-19 krediti ilə “Lamborghini” aldı

156

Hurriyyet.org xəbər verir ki, ABŞ-da bir nəfər yeni tipli koronavirus –  Kovid-19 fondundan verilən kreditlə özünə Lamborqini avtomobili alıb. 29 yaşlı Devid Hayns işsizliyin qarşısını almaq üçün verilən kredit dəstəyindən öz şirkəti üçün 3,9 milyon dollar alıb.

Kredit müraciətində işçilərin ödənişləri üçün verilən vəsaitlə bağlı yalan bəyannamə verən Hayns bu krediti aldıqdan bir neçə gün sonra təqribən 318 min dollar qiyməti olan 2020-ci il istehsalı olan Lamborqini avtomobili alıb.

Haynsın bu kreditlə bahalı mağazalarda alış-veriş elədiyi və bahalı istirahət yerlərində qaldığı bəlli olub.

Fırıldaqçılıq, yalançı bəyannamə və qanunu pozma ittihamları ilə Mayami Federal Məhkəməsində mühakimə edilən Haynesin lüks avtomobili və bank hesablarındakı 3,4 milyon dolları müsadirə edilib.

Hayns təqsirli bilinəcəyi təqdirdə, ona 70 ilə qədər həbs cəzası verilə bilər.

Hurriyyet.org