“Koronvirusla əlaqədar dənizdə qalan neftçilərə birqat əməkhaqqı ödənilib” – MİRVARİ QƏHRƏMANLI

231

“Koronovirusla əlaqədar dənizdə qalan işçilərə növbədən artıq qaldığı günlər üçün onlara əməkhaqqının birqat ödənilməsindən şikayət edirlər. Onlar qeyd edirlər ki, əvvəl onlara həmin günlər üçün əməkhaqqının mövcud qanunvericiliyə uyğun, yəni ikiqat ödəniləcəyi ilə bağlı məlumat verilmişdi. Ancaq haq-hesab çekləri təqdim olunanda tam əksini görüblər. Belə ki, həmin günlər üçün onlara əməkhaqqı birqat ödənilib. Hurriyyet.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında məlumat yayıb.

“Ölkənin əmək qanunvericiliyini pozduğu üçün bu əmr-qərarın tam məsuliyyəti cənab Cahangir Əliyevin üzərinə düşür”

 M. Qəhrəmanlı neftçilərə müraciət edərək qeyd edib: “Hörmətli neftçilər, 24 mart 2020-ci il tarixli  əmr-qərarı diqqətlə oxusanız görərsiniz ki, neftçilərin baş “profsoyuzu” cənab Cahangir Əliyev sizin adınızdan razlıq verib ki, həmin günlər növbəti ayın iş qrafikində nəzərə alınsın. Lakin ölkəmizin Əmək Məcəlləsinin 164.2. (İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə, başqa istirahət günü verilə bilər) maddəsi deyir ki, işçinin arzusu ilə, Cahangir Əliyevin istəyi ilə yox. Bu qanun Nazirlər Kabinetinin verdiyi qərarlarda da öz əksini tapıb. Ölkənin əmək qanunvericiliyini pozduğu üçün bu əmr-qərarın tam məsuliyyəti cənab Cahangir Əliyevin üzərinə düşür”.

“Qeyd; 101-ci maddəni diqqətlə oxuyun,  savadsızlar!   Ölkə qanunvericiliyindən qafanızın qandığı qədər istifadə edərək, işçinin vəziyyətini pisləşdirən qərarlar qəbul etmisiniz”,-deyə NHMT sədri əlavə edib.

Şamo EMİN, Hurriyyet.org

Mirvari Gahramanli adlı şəxsin şəkli.