Koronovirus xəstələri küçələrdən əl çəkmir

327

Xəstələr dərman tapa bilmir, təcili yardım çatdırmır – tanınmış həkimdən SOS; Qadağalar başladı

Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə dekabrın 14-dən  ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

Musavat.com-un məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb.

Dünəndən 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yük daşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılıb.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə verilir.

Sərt karantinin olduğu yerlərdə SMS-icazə belə alınacaq - VİDEO - Open.az

SMS icazə və yas yerləri

SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:

– təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

– ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Yeri gəlmişkən, rayon mərkəzlərində hərəkət məhdudiyyətləri qoyulması barədə qərarda mötərizədə yazılan “kənd və qəsəbələr istisna olmaqla” sözləri vətəndaşlarada çaşqınlığa səbəb olub. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin qeyd Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına şamil edilir: “Həmin rayon mərkəzlərində əhali sıx olduğundan orada insanların hərəkətinə məhdudiyyət qoyulub, yəni SMS icazə olmadan yaşayış yerini tərk edə bilməzlər. Həmin rayonların kənd və qəsəbələrində hərəkət sıxlığı müşahidə edilmədiyindən insanların hərəkəti məhdudlaşdırılmayıb, yəni mağaza və aptekə kənd, qəsəbə daxilində SMS icazə olmadan gedə bilərlər”.

Tanınmış həkim: “Minlərlə orta ağır və ağır xəstə var”

Həkim: "Apteklər təcili COVİD-ə zəruri dərman preparatları ilə təmin  edilməlidir" - AzToday

Tanınmış həkim Aydın Əliyev koronavirusla bağlı vəziyyətin ağır olduğunu bildirən yazı paylaşıb.

Aydın Əliyev yazıb ki, minlərlə orta ağır və ağır xəstə var:”Xəstələr dərman tapa bilmir və bu sahə üzrə professional həkim tapmaqda çox çətinlik çəkirlər. Mart ayından bu xəstəliklə mübarizədə iştirak edən bir həkim kimi bu problemlə bağlı bilgilərimi, tövsiyələrimi paylaşmağı özümə borc bilirəm:

Təcili olaraq apteklər zəruri dərman preparatları ilə təmin edilməlidir! “Covid”in müalicəsində istifadə edilən əsas dərman preparatları tapılmır və tapılanda da od qiymətinədir!

Bütün əhalinin izləyə biləcəyi televiziya vasitələri ilə hansı şikayətlər, hansı kliniki əlamətlər, hansı laborator və instrumental müayinələrin nəticələrində hansı dəyişiklik olan xəstələr nə etməlidir – televiziyalar vasitəsilə elan edilməlidir! İnsanlar bilmir nə etsin. Təcili yardım çatdırmır, xəstəxanalarda yer yox! Sahə həkimləri çatdırmır və əksəriyyəti bu sahə üzrə bilgisizlikdən çox fərqli reseptlər yazır!

Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu, həm həkimləri, həm də xəstələri çox çaşdırır! Bəzən heç qızdırması olmayan xəstə çox ağırlaşır, bəzən qızdırması olan xəstə yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur.

SMS-lə icazə ləğv edilir

Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər-başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə coviddən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan (boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verməlidir!

Test analizi mənfi çıxıbsa, lakin yuxarıdakı saydığımız şikayətlər büruzə verib artırsa, mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir! Əgər təqribən 15-20%-dən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır!

KT müayinəsində buzlu şüşə mənzərəsi 30%-dən çoxdursa və xüsusən yanaşı xəstəliyi olan xəstə mütləq stasionar müalicə almalıdır! Təcili yardım və qaynar xətlərə davamlı zəng edib stasionar müalicə tələb edin bu halda!

KT müayinəsində 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir!

Yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik olmasınlar, qəti surətdə antibiotiklər, deksametazon, damar daxili inyeksiyalar-sistemlər etməsinlər! Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər!

Test analiziniz müsbətdirsə, lakin heç bir şikayət yoxdursa, yanaşı ciddi xəstəlik yoxdursa və KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa, heç bir müalicəyə ehtiyac yoxdur!

Maska geyinmək (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir! Çünki ən yaxşısı yoluxmamaqdır!”

DİN: küçəyə çıxan 34 nəfər xəstəyə  cinayət işi başlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 12-13 tarixlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə onlardan 54 nəfər evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq başlayıb.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”