Koronavirusun yaratdığı demoqrafik böhran

120

Covid-19 dünyada və Azərbaycanda əhalinin demoqrafik göstəricisinə necə təsir edəcək…

Keçən ilin payızından başlayan Covid-19 pandemiyası dünyada həyatı təbii axarından çıxardı və iqtisadiyyatdan tutmuş, demoqrafiyaya qədər, bütün sahələrə nüfuz etdi. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə bağlıdır.

2020-ci ilin son göstəriciləri ortaya qoyulanda mənzərə daha dəhşətli olacaq, çünki pandemiya xaosu ölkəyə bütün sahələrdə və sözün bütün mənalarında ziyan vurdu.

İndi isə nigahların və boşanmaların sayına diqqət yetirək. 2011-ci ildən başlayan nigah artımı da kəskin şəkildə aşağı düşüş tempini yaşayıb. Statistikaya görə, 2011-ci ildə 88145; 2012-ci ildə 79065; 2013-cü ildə 86852; 2014-cü ildə 84912; 2015-ci ildə 68773; 2016-cı ildə 66771; 2017-ci ildə 62923; 2018-ci ildə 62484; 2019-cu ildə 63869 nigah qeydə alınmışdır. Boşanmaların statistikası isə belədir: 2011-ci ildə 10747; 2012-ci ildə 11087; 2013-cü ildə 11730; 2014-cü ildə 12088; 2015-ci ildə 12764; 2016-cı ildə 13114; 2017-ci ildə 14514; 2018-ci ildə 14857; 2019-cu ildə 17148 boşanma qeydə alınmışdır. 14-29 yaş arası əhali sayı 2376,600 nəfərdir.

Son bilgilərə görə, 2020-ci ilin əvvəlindən 1 dekabradək Azərbaycanda 32.656 nikah qeydə alınıb. Bu barədə Ədliyyə Nazirliyindən (ƏN) bildirilib. Rəsmi məlumata görə, cari ildə qeydə alınan nikahların ən çoxu yanvar ayına təsadüf edir. Göründüyü kimi, əhali sayında, əhali artımının əsas hərəkətverici qüvvəsi olan nigahların bağlanması sayında kəskin azalma ortadadır. İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş əraziləri, sözsüz ki, məskinlaşdırmaq lazımdır. Amma bu azalan templərlə məsələ necə həll olunacaq? Əhali sayının kəskin azalması ilə ölkənin nəinki iqtisadiyyatı, təhsil sistemində əsas məsələ olan kontingentin-uşaqların sayının azalmasının nələrə gətirib çıxaracağını təsəvvür edirsinizmi? Məktəbəqədər təhsili müzakirə etsək, bağçalara getməyə uşaq olmayacaq, ən azı pandemiyanın bitmə dövrünə qədər toyların olmayacağını, bizim insanların da toy mərasimi olmadan evlənmədiyini göz önünə alarsaq. Bu vəziyyət uşaq bağçalarındakı müəllim və tərbiyəçi təbəqəsinin işsiz qalmasına, nəticədə onların dolana bilməyəcəyinə gətirəcək. İbtidai sinfə gedəcək uşaqların sayından kəskin azalma olacağına görə ibtidai sinif müəllimləri işsiz qalacaq.

Dərs kitablarının satışı məsələsinə gəldikdə, ibtidai sinif kitabları satışı olmayacaq. Kitab satışından və nəşrindən dolanan təbəqə işsiz qalacaq. Uşaq doğulmayacağı üçün bu sektorda çalışan tibb işçiləri və pediatrların, eləcə də uşaq qidaları istehsalı ilə məşğul olan müəssisələrin vəziyyəti necə olacaq? Ölkənin ən önəli məsələsi, dövlət təhlükəsizliyi olan sərhədlərin qorunmasıdır. Hansı ki, əvvəllər də yazdığım kimi, uşaq məsələsi dövlətin milli təhlükəsizlik məsələsidir. Bəs, gələcəkdə sərhədlərimizi kimə əmanət edəcəyik?

Xatırladım ki, dövlətin əsas dayağı başqa ölkələrdən hətta işçi kimi gələn immiqrantlar deyil və bu məsələlər onların hesabına həll oluna bilməz. Bildiyimiz kimi, Avropa, hətta Kanada işçi qüvvəsindən əziyyət çəkir. Kanada bunu hindlilərin hesabına təmin edir. BƏƏ, Qətər kimi ölkələr bu işçi qüvvəsini hind, banqladeşlilər və s. millətdən olan insanların hesabına həll edir. Rusiya ölkəni əhaliylə doldurmaq üçün xüsusi proqramlar təşkil edir, immiqrantların hesabına vətəndaşlarının sayını artırmağa çalışır. Hətta bu məqsəd üçün əcnəbilərin vətəndaşlıq alma məsələlərini asanlaşdırıb. Biz isə hazırda 10 milyoluq əhalisi olan ölkəyik. Hələ koronavirus peyvəndini demirəm. Kim zəmanət verə bilər ki, bu peyvənd əhali sayını azaltmaq üçün ortaya atılmayıb və qısırlaşdırma gətirməyəcək?

Həddən çox spekulyasiya var. Zatən indiki elmi inkişaf dövründə viruslardan bioloji silah kimi istifadə etmək heç də çətin deyil və bu süni “pandemiya”nın nələrə hesablandığını nə qədər bilirik?

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martından etibarən Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Halbuki, dövlət gələcəkdə yaşaya biləcəyimiz demoqrafik problemləri nəzərə alıb, azından evliliklərin sadə şəkildə – müvafiq idarələrdə nigah qeydiyyatı ilə həyata keçirilməsini təmin etməlidir, əgər əhalisinin azlığına istehza etdiyimiz Ermənistanın gününə düşmək istəmiriksə. Həmçinin, “pandemiya”nın səbəb olduğu iqtisadi çöküşün gətirəcəyi nəticələri aradan qaldırmaq məqsədilə mütləq vəziyyətin yoluna qoyulaması üçün tədbirlər paketi qəbul etməli, həyata keçirməlidir. Çünki ac qalan adama dövlətin maraqlarını necə qorumağı başa sala bilməzsən. Məsəl var, “ac qılıncı kəsər”. Dövlət qlobalist imperialistlərin qurduğu oyuna gəlib, insanların aclıq üsyanları altında yox olmaq istəmirsə, milli dövlət kimi varlığını saxlamaq istəyirsə vətəndaşını qorumalıdır. Çünki dövlətin mənbəyi xalqdır, qlobalist çetelər yox.  Dövləti yaşamasını təmin edən əsas faktorlardan biri, bəlkə də birincisi onun insan resurslarıdır.

İndi isə pandemiyanın tətiklədiyi qlobal böhranın dünya iqtisadiyyatını salıdğı Pandemiya şoku barədə. Pandemiyanın dünyaya hərtərəfli vurduğu ziyanlari ortaya qoyan ekspertlər həyaycan təbili çalırlar. Koronavirus pandemiyasının mərkəzi hazırda Avropadan ABŞ-a keçir. Birjalar bəzən 5-10 faiz arasında, bəzən isə yuxarı və ya aşağı həddə dəyişir. Dövlətlər özünütəcrid qaydalarının qabaqlayıcı tədbirlər görürlər. Nəticədə, birbaşa, qaçılmaz iqtisadi çətinliklər yaranır və bu da hökumətlərin getdikcə daha kəskin anti-böhran tədbirləri həyata keçirməsinə səbəb olur. Çindən sonra ilk yoluxma yanvarın 13-də (Taylandda) təsdiqlənmişdi. Bütün G7 ölkələri isə ilk yoluxma halını ayın sonunda gördülər (ilk yoluxma 7 fevral olan Kanada istisna olmaqla). Fevralın sonunda İtaliya və martın əvvəlində bütün G7 ölkələri “epidemioloji əyriliy”in sürətlənmə mərhələsinə qədəm qoydular. Pandemiyanın dünyanın bütün böyük ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması qeyri-adi haldır. Planetin istehsalının və gəlirinin üçdə ikisini təşkil edən ölkələr normal vaxtlarda həddindən artıq sərt görünən məhdudlaşdırma siyasətini tətbiq edirlər. Məlumdur ki, pandemiyaya nəzarət etmək “epidemioloji əyrini düzləşdirmək” deməkdir. İnfeksiyanın yayılma sürətini yavaşlatmaq üçün iş yerlərinin və məktəblərin bağlanması, səyahət qadağaları, özünütəcrid tələbləri ilə ümumilikdə insanların sosial məsafə səviyyəsini qorumaq qaydalarına riayət edilməsi istiqamətində tədbirlər görülür. Digər bir təşəbbüs, yoluxmuş insanların cəmiyyətdən uzaqlaşdırılması və karantin rejimində saxlanılmasıdır.

COVID-19 bir çox səbəblərə görə iqtisadi nəticələrə kəskin təsir göstərir, iqtisadi yavaşlamaya səbəb olur. Pandemiyanın sürətlənmə mərhələsində xəstəxanaya ehtiyacı olanların sayı, ölkənin səhiyyə sistemini alt-üst edə biləcək vəziyyət yaradır. Bu səbəbdən, dövlət aparılacaq siyasətin zərərə/xərcə səbəb olacaq nəticələrini iqtisadi inkişafın yavaşlamasının qarşısını alan və mümkün səviyyədə yoluxma hallarını azaldan sürətli alternativlər seçməlidirlər.

Beynəlxalq Maliyyə Korporasiyasının (İMF) 2020 hesabatında böhran avtobusa bənzədilir, yəni hər zaman növbəti biri gəlir. Əslində isə bir-birini əvəzləyən zərərlərlə pandemiya “domino” effektinə səbəb olur. İndiki hal digər iqtisadi böhranlardan iki istiqamətdə fərqlənir: COVİD-19 iqtisadi böhranı digər krizislərlə müqayisədə, olduqca qısa müddətdə, sadəcə bir neçə gündə Çinin Vuhan kəndindən bütün G7 ölkələrinə yayıldı. Digər bir istiqamət isə, epidemiyanın səbəb olduğu tibbi şokun yalnız maliyyə sektoruna deyil, iqtisadiyyatın bir neçə sahəsinə təsir etməsidir.

2008-ci il böhranı ilə müqayisədə Avropa indiki böhrana daha hazırlıqlı və güclü cəhətlərə sahibdir. İlk öncə, bank sektoru daha yaxşı kapitallaşdırılıb və daha likviddir, törəmə bazarlar daha şəffafdır. Daha əhəmiyyətlisi, Avropa Mərkəzi Bankı (AMB) yenidənqurma proqramı ilə əlaqəli potensial olaraq limitsiz suveren istiqrazları satın alaraq üzv dövlətə kömək edə bilər. Digər tərəfdən, Avropa ölkələri bu kimi fövqəl hala hazır olmayan büdcəyə sahibdir. Yeddi illik dövr üçün ayrılmış büdcənin adekvatlığı problemlidir: əvvəlcədən yüklənməyə, şərti borc götürməklə (frontloading), xərcləmə prioritetlərini yenidən bölüşdürməyə daha az imkan mövcuddur. Qanuna görə iqtisadiyyat yalnız pul dövriyyə etdikdə mexanizm fəaliyyət göstərməyə davam edir. Tək bir yerdə axınının kəsilməsi artıq bütün iqtisadi mexanizmdə yavaşlamaya səbəb olur. Bu axının pozulması isə bir neçə tip iqtisadi şok yarada bilər. Hansı ki, pandemiya artıq bir neçə istiqamətdə bu kimi şoklarla təsir etməyə başlayıb.

(Ardı var)

Hazırladı: Ülviyyə ŞÜKÜROVA